RU

Azərbaycanda 5 BOKT un aktivləri 70 milyon manatdan çoxdur

Marja.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Azərbaycanda fəaliyyət göstərən 54 bank olmayan kredit təşkilatından (BOKT) 5-nin bu il yanvarın 1-nə aktivləri 70 milyon manatdan çox olub.

Bunlar, “Birkredit” (87,2 milyon manat), “SF Azerbaijan” (81,6 milyon manat), “Azpul” (77,4 milyon manat), “FİNKA Azərbaycan” (76,4 milyon manat) və “Fintrend”dir (71 milyon manat).

17 BOKT-un aktivləri 10-70 milyon manat arasında, 26 BOKT-un aktivləri 1-10 milyon manat arasında, 3 BOKT-un aktivləri isə 0-1 milyon manat arasında olub.

2 BOKT – “E-Kredit” və “Forfinance” ötən il fəaliyyətsiz olub (maliyyə göstəriciləri formalaşmayıb), 1 BOKT - dövlətə məxsus “Aqrarkredit” isə ötən ilin maliyyə hesabatını açıqlamayıb.

Hesabat vermiş 51 BOKT-dan 40-nın son 1 ildə aktivləri artıb.

Ən yüksək dinamika “Caspian İnvest”də (6,3 dəfə), ən aşağı dinamika isə “Qafqaz-Kredit”də (1,3%) qeydə alınıb.

1 BOKT-un – “İnkişaf üçün maliyyə”nin aktivləri dəyişməyib. 10 BOKT-un isə son 1 ildə aktivləri azalıb. Ən çox azalma “Optimal Finance”da (49,5%), ən az azalma isə “Finex Kredit”də (3,8%) qeydə alınıb.

İş elanları AzVak.az-da

© Yurd.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
18
2
marja.az

3Источники