RU

Azərbaycanda 5 BOKT-un aktivləri 70 milyon manatdan çoxdur

Azərbaycanda fəaliyyət göstərən 54 bank olmayan kredit təşkilatından (BOKT) 5-nin bu il yanvarın 1-nə aktivləri 70 milyon manatdan çox olub.

Bunlar, “Birkredit” (87,2 milyon manat), “SF Azerbaijan” (81,6 milyon manat), “Azpul” (77,4 milyon manat), “FİNKA Azərbaycan” (76,4 milyon manat) və “Fintrend”dir (71 milyon manat).

17 BOKT-un aktivləri 10-70 milyon manat arasında, 26 BOKT-un aktivləri 1-10 milyon manat arasında, 3 BOKT-un aktivləri isə 0-1 milyon manat arasında olub.

2 BOKT – “E-Kredit” və “Forfinance” ötən il fəaliyyətsiz olub (maliyyə göstəriciləri formalaşmayıb), 1 BOKT - dövlətə məxsus “Aqrarkredit” isə ötən ilin maliyyə hesabatını açıqlamayıb.

Hesabat vermiş 51 BOKT-dan 40-nın son 1 ildə aktivləri artıb.

Ən yüksək dinamika “Caspian İnvest”də (6,3 dəfə), ən aşağı dinamika isə “Qafqaz-Kredit”də (1,3%) qeydə alınıb.

1 BOKT-un – “İnkişaf üçün maliyyə”nin aktivləri dəyişməyib. 10 BOKT-un isə son 1 ildə aktivləri azalıb. Ən çox azalma “Optimal Finance”da (49,5%), ən az azalma isə “Finex Kredit”də (3,8%) qeydə alınıb.

İş elanları AzVak.az-da

© Yurd.Media

BOKT bank olmayan kredit təşkilatları Azərbaycanda maliyyə sektoru BOKT aktivləri BOKT statistikası 2025 BOKT-ların maliyyə göstəriciləri BOKT-ların aktivlərinin artımı BOKT-ların aktivlərinin azalması Birkredit SF Azerbaijan Azpul FİNKA Azərbaycan Fintrend Caspian İnvest Qafqaz-Kredit İnkişaf üçün maliyyə Optimal Finance Finex Kredit kiçik maliyyə təşkilatları kredit portfeli maliyyə dinamikası BOKT hesabatları Azərbaycan bank sektoru maliyyə göstəriciləri kredit təşkilatları fəaliyyəti BOKT-ların mövcud vəziyyəti kredit bazarı Azərbaycanda investisiya imkanları BOKT-ların illik hesabatı
Избранный
54
2
marja.az

3Источники