RU

Rəşid İsmayılov və Yəhya Hüseynov küçələrinin kəsişməsində yol hərəkəti yenidən təşkil edilir - VİDEO

Biləcəri qəsəbəsinin Rəşid İsmayılov və Yəhya Hüseynov küçələrinin kəsişməsində yol hərəkəti yenidən təşkil edilir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə AYNA-dan bildirilib.

Qeyd edilib ki, təhlillərə əsasən, hazırda Yəhya Hüseynov küçəsindən, eləcə də yaxınlıqda yerləşən yaşayış kompleksindən paytaxt istiqamətində getmək istəyən sürücülər Bakı-Sumqayıt şosesindən istifadə etməklə, “Ekologiya postu”nun yaxınlığında yerləşən yol qovşağından geriyə dönərək hərəkət etmək məcburiyyətində qalırlar. Bu da 3 km-dən çox izafi nəqliyyat yürüşünə, səyahət müddətinin artmasına və yol qovşağının əlavə yüklənməsinə gətirib çıxarır. Bununla yanaşı, kəsişmədə piyada və yol hərəkətinin təhlükəsizliyi arzuolunan səviyyədə deyil.

Həyata keçirilən layihə çərçivəsində sözügedən yol kəsişməsində hərəkət işıqforla nizamlanacaq. Yəhya Hüseynov küçəsindən və yaxınlıqdakı yaşayış kompleksi istiqamətindən hərəkət edən nəqliyyat vasitələri yol ötürücüsünün altında yerləşən geriyədönmə yerindən istifadə edə biləcək.

Layihəyə əsasən, ərazidə təhlükəsizlik adacıqları tikilərək hərəkət kanallaşdırılacaq, kəsişmənin hüdudları boyunca piyadaların rahat və təhlükəsiz hərəkəti üçün nizamlanan piyada keçidləri təşkil olunacaq.

Eyni zamanda, avtobus dayanacaq məntəqələrinin yeri optimallaşdırılacaq, yeni yol nişanları quraşdırılacaq, nişanlanma xətləri təşkil ediləcək.

Избранный
20
17
operativmm.az

10Источники