RU

Azərbaycan təmsilçiləri FIBA Avropa Kubokunda üz-üzə gələcəklər

Bakı, 19 noyabr, AZƏRTAC

Azərbaycan təmsilçiləri “Abşeron Lions” və “Neftçi” bu gün FIBA Avropa Kubokunun əsas mərhələsində növbəti oyunlarını keçirəcəklər.

AZƏRTAC xəbər verir ki, I qrupunda mübarizə aparan komandalar bir-biri ilə üz-üzə gələcək. Bakı İdman Sarayında reallaşacaq matç saat 19:00-da start götürəcək.

Bu kollektivlər arasında ilk qarşılaşma “ağ-qaralar”ın 104:86 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, aktivində 8 xalı olan “Neftçi” ikinci, 6 xala malik “Abşeron Lions” isə sonuncu - dördüncü sırada yer alıb.

Избранный
22
1
azertag.az

2Источники