Bakı, 19 noyabr, AZƏRTAC
DÇ-2026-nın final mərhələsinə yüksələn növbəti komandalar bəlli olub.
AZƏRTAC xəbər verir ki, bunlar Kurasao, Panama və Haiti yığmalarıdır.
Niderlandlı tanınmış mütəxəssis Dik Advokatın başçılıq etdiyi Kurasao tarixində ilk dəfə mundiala vəsiqə qazanıb. Haiti yığması isə 52 ildən sonra yenidən dünya çempionatında çıxış edəcək.
Yamayka, Surinam, İraq, Konqo Demokratik Respublikası, Boliviya və Yeni Kaledoniya isə qitələrarası pley-off mərhələsində mübarizə aparacaq. Püşkatma noyabrın 20-də təşkil olunacaq.
Bunadək ev sahibləri ABŞ, Kanada və Meksika ilə yanaşı, Yaponiya, Yeni Zelandiya, İran, Argentina, Özbəkistan, Cənubi Koreya, İordaniya, Avstraliya, Braziliya, Ekvador, Uruqvay, Kolumbiya, Paraqvay, Mərakeş, Tunis, Misir, Əlcəzair, Qana, Kabo-Verde, Cənubi Afrika Respublikası, Seneqal, Kot d`İvuar, Qətər, Səudiyyə Ərəbistanı, İngiltərə, Fransa, Xorvatiya, Norveç, Portuqaliya, Niderland, Almaniya, İsveçrə, Şotlandiya, İspaniya, Avstriya və Belçika milliləri DÇ-2026-nın final mərhələsində mübarizə aparmaq hüququ əldə edib.
Qeyd edək ki, 11 iyun - 19 iyul tarixlərində təşkil ediləcək dünya çempionatında ilk dəfə 48 komanda mübarizə aparacaq.