ain.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ prezidenti Donald Trampın Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) Venesuelada gizli hərbi əməliyyatlar keçirməyə icazə verdiyi iddia olunur.
Bakıvaxtı.az xəbər verir ki, ABŞ mediasının yaydığı məlumatlara əsasən, Vaşinqton mümkün əməliyyatlara hazırlıqla yanaşı, Karakas administrasiyası ilə paralel gizli danışıqlar da aparır.
Məlumata görə, ABŞ-ın döyüş gəmilərinin, o cümlədən təyyarədaşıyan “USS Gerald R. Ford”un regiona göndərilməsi vəziyyəti daha da gərginləşdirib.
Venesuela rəhbərliyi isə ehtimal olunan hücum təhlükəsinə qarşı milyonlarla milis qüvvəsinin səfərbər olunduğunu açıqlayıb.
Əli Hüseynov
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.