RU

Uşaqlarda süd dişlərindəki kariyes ciddi fəsadlara səbəb ola bilər- Stomatoloq xəbərdar etdi

Bir çox valideynlər süd dişlərindəki problemlərin keçici olduğunu düşünür. Lakin stomatoloqlar hesab edir ki, bu cür yanlış yanaşma uşaqlarda ağrılı iltihablar və sonradan daha çətin müalicə ilə nəticələnir. AzPost xəbər verir ki, “SM-Stomatologiya” klinikasının uşaq stomatoloqu, şöbə müdiri Yekaterina Kuzina KP.RU-ya müsahibəsində süd dişlərində kariyesin hansı təhlükələr yaratdığını açıqlayıb.

Onun sözlərinə görə, süd dişlərində də sinirlər mövcuddur və iltihab (pulpit) baş verdikdə uşaqlar ciddi ağrılar yaşayır. Bundan başqa, uzun müddət müalicə olunmayan kariyes iltihabi proseslərin dərinləşməsinə və daimi dişlərin formalaşan toxumlarına ziyan vurmasına səbəb ola bilər. Bu halda uşağın daimi dişləri ağız boşluğuna artıq kariyeslə çıxma riski daşıyır.

Mütəxəssis deyir ki, dişlərə qulluq onların çıxmağa başladığı ilk gündən etibarən aparılmalıdır. Bakteriyalar çox sürətlə yayılır və hətta uşağın cəmi səkkiz-doqquz aylıq olmasına baxmayaraq, gigenanın laqeyd qalması kariyesin formalaşmasına səbəb olur. Valideynlər çox vaxt yeni çıxan dişlərin niyə tez qaraldığını anlamırlar, halbuki səbəb baxımsızlıqdır.

Kuzina valideynlərə “0–3 yaş” qeydli xüsusi uşaq gigiyena vasitələrindən istifadə etməyi tövsiyə edir. Onun sözlərinə görə, vaxtında görülən müalicə uşağı həm ağrıdan, həm də gələcəkdə uzun və çətin stomatoloji müdaxilələrdən qoruyur.

AzPost.az

Избранный
16
1
azpost.info

2Источники