RU

Yaponiyada güclü yanğın 170-dən çox evi külə döndərdi

Yaponiyanın Kyuşu adasındakı Oita şəhərində baş verən genişmiqyaslı yanğın azı 170 binanı məhv edib. AzPost xəbər verir ki, bu barədə ölkənin NHK telekanalı məlumat yayıb.

Məlumata görə, yanğın 18 noyabr tarixində başlayıb və alovun yaşayış massivlərinə yayılmasının qarşısını almaq hələ də mümkün olmayıb. Yanğınsöndürənlər artıq 12 saatdan çoxdur ki, fasiləsiz şəkildə alovla mübarizə aparırlar. Plaşın əhatə dairəsi genişlənib, yaxınlıqdakı meşə sahələri də yanğına məruz qalıb.

Dağıntıya uğrayan tikililər arasında çoxlu sayda yaşayış evi var. Şəhərdəki ictimai mərkəzlərdən biri hazırda təxliyə məntəqəsi kimi fəaliyyət göstərir və burada 175 nəfər müvəqqəti yerləşdirilib. Eyni zamanda, 76 yaşlı bir kişinin itkin düşdüyü bildirilir.

Prefektura rəhbərliyi artıq Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması Qanununun tətbiq olunduğunu elan edib. Qanuna əsasən, evakuasiya məntəqələrinin saxlanması və zəruri təminat xərclərini dövlət öz üzərinə götürür.

AzPost.az

Избранный
64
1
azpost.info

2Источники