RU

Yaponiyanda 170 ev yandı

BAKI, 19 noyabr. TELEQRAF

Yaponiyanın Oita şəhərində baş verən böyük yanğın nəticəsində 170 yaşayış evi tamamilə yanıb.

Teleqraf xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Hadisə barədə xəbər axşam saatlarında daxil olub və yanğının söndürülməsi artıq 12 saatdan çoxdur davam edir. Alovun nə vaxt tam nəzarətə götürüləcəyi ilə bağlı hələlik proqnoz verilmir.

Təhlükəsizlik məqsədilə yaxınlıqda yaşayan 170-dən çox sakin təxliyə edilərək xüsusi mərkəzlərdə yerləşdirilib. Ən azı bir nəfər isə itkin düşmüş hesab olunur

Yanğın şəhərin sahil hissəsində yerləşən Saganoskebi rayonunda baş verib. Bu ərazi əsasən bir və iki mərtəbəli taxta evlər və kiçik kommersiya obyektləri ilə sıx tikilidir, bu da yanğının sürətlə yayılmasına şərait yaradıb.

Избранный
68
teleqraf.com

1Источники