ain.az, Idmanxeber.az portalına istinadən məlumat verir.
“Qalatasaray” zədəli futbolçularının durumuyla bağlı rəsmi açıqlama yayıb.
İdmanxeber.az-ın məlumatına görə, müalicəsini tamamlayan İlkay Gündoğan komanda ilə məşqlərə qoşulub. Qasıq yırtığı əməliyyatı keçirmiş Yunus Akgün düz qaçışlara başlayıb.
Sol arxa əzələsində gərilmə olan Berkan Kutlunun müalicəsi davam edir. Milli komandadan qayıdacaq Kaan Ayhan və Viktor Osimhenin durumu isə müayinələrdən sonra dəqiqləşəcək.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.