RU

Korrupsiya qalmaqalı: Uitkofla Yermakın görüşü ləğv edildi

ain.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

ABŞ prezidentinin nümayəndəsi Stiv Uitkoff və Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermak arasında 19 noyabrda Türkiyədə keçirilməsi planlaşdırılan görüş ləğv edilib.

Axar.az xəbər verir ki, bu barədə "Ekonomist" jurnalının köşə yazarı Oliver Kerrol sosial media platforması X-də məlumat verib.

"Mənə deyildi ki, Uitkoff görüşə razılaşarkən hansı qalmaqala qarışdığını bilməmiş ola bilər", - deyə jurnalist yazıb.

O, Ukraynadakı korrupsiya işini, yaxud digər hər hansı məsələni nəzərdə tutduğunu qeyd etməyib.

Belə ki, Yermakın Londona uçduğu və orada hazırda Ukraynanın Böyük Britaniyadakı səfiri vəzifəsində çalışan Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı ilə görüşməyi planlaşdırdığı bildirilib. Görüş Ukraynadakı korrupsiya qalmaqalı fonunda keçiriləcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
67
axar.az

1Источники