DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində bu gecə B, C, E, H və J qruplarında son oyunlar oynanılıb.
90deqiqe.Az-ın məlumatına görə, ümumilikdə 10 qarşılaşma baş tutub.
E qrupunun mərkəzi qarşılaşmasında Türkiyə İspaniya səfərinə yollanıb. Gərgin keçən görüş 2:2 hesabı ilə nəticələnib.
Turun yekunlarına əsasən İsveçrə, Şotlandiya, İspaniya, Avstriya və Belçika milliləri dünya çempionatının final mərhələsinə vəsiqəni rəsmiləşdiriblər. Kosovo, Danimarka, Bosniya və Herseqovina, Türkiyə və Uels isə mundiala yüksəlmək üçün pley-off mərhələsində mübarizə aparacaq.
DÇ-2026, seçmə mərhələ
18 noyabr
B qrupu
23:45. İsveç – Sloveniya – 1:1
23:45. Kosovo – İsveçrə – 1:1
Xal durumu: İsveçrə – 14, Kosovo – 11, Sloveniya – 4, İsveç – 2.
C qrupu
23:45. Şotlandiya – Danimarka – 4:2
23:45. Belarus – Yunanıstan – 0:0
Xal durumu: Şotlandiya – 13, Danimarka – 11, Yunanıstan – 7, Belarus – 2.
E qrupu
23:45. Bolqarıstan – Gürcüstan – 2:1
23:45. İspaniya – Türkiyə – 2:2
Xal durumu: İspaniya – 16, Türkiyə – 13, Gürcüstan – 3, Bolqarıstan – 3.
H qrupu
23:45. Avstriya – Bosniya və Herseqovina – 1:1
23:45. Rumıniya – San Marino – 7:1
Xal durumu: Avstriya – 19, Bosniya və Herseqovina – 17, Rumıniya – 13, Kipr – 8, San-Marino – 0.
J qrupu
23:45. Belçika – Lixtenşteyn – 7:0
23:45. Uels – Şimali Makedoniya – 7:1
Xal durumu: Belçika – 18, Uels – 16, Şimali Makedoniya – 13, Qazaxıstan – 8, Lixtenşteyn – 0.