RU

“Real”ın hücumçusu Premyer Liqa klublarının hədəfində

“Real Madrid”in üzvü Qonzalo Qarsiya karyerasını İngiltərədə davam etdirə bilər.

Apasport.az xəbər verir ki, hücumçu ilə “Sanderlend”, “Aston Villa” və “Vulverhempton” klubları yaxından maraqlanır.

Bu barədə “Fichajes” nəşri məlumat yayıb.

Mənbənin iddiasına görə, La Liqa təmsilçisi gənc futbolçu üçün 20 milyon avro tələb edir.

Yaxın günlərdə hər üç komandanın forvardın transferi ilə bağlı “kral klubu”na rəsmi müraciət etməsi gözlənilir.

Qeyd edək ki, 21 yaşlı hücumçu Qarsiyanın “Real”la müqaviləsi 2030-cu ilə qədər qüvvədədir.

Oskarın son durumu bəlli olub

Nuri Şahin Rusiyada işləyə bilər

Van Daykdan yeni rekord

“Atletiko”nun futbolçusu “Yunayted”in radarında

“Barselona”nın “Kamp Nou”ya qayıdış tarixi açıqlanıb

Избранный
22
apasport.az

1Источники