RU

Rodriqo “Arsenal”ın hədəfində

“Real”ın hücumçusu Rodriqo karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

90deqiqe.Az-ın "Football365"ə istinadən məlumatına görə, braziliyalı futbolçunun xidmətində “Arsenal” klubu maraqlıdır. London klubu artıq futbolçunun agenti ilə danışıqlara başlayıb.

“Arsenal” Rodriqoya görə 60 milyon avro sabit ödəniş və 20 milyon avro bonus təklif etməyə hazırdır.

Madrid klubunun baş məşqçi Xabi Alonso icarə və ya satış şəklində futbolçunun “topçular”a və ya digər Premyer Liqa klublarına göndərməyə hazırdır.

25 yaşlı hücumçu ilə “Tottenhem” və “Mançester Siti” klubları maraqlanır.

Cari mövsümdə Rodriqo az oynayır. O, 13 oyunda iştirak edib, yalnız üç dəfə start heyətində meydana çıxıb.

Избранный
57
90deqiqe.az

1Источники