RU

Ukrayna deputatı Zelenskini ölkəyə qayıtmağa çağırdı: “Sizi hələlik həbs etməyəcəklər”

Bakuinfo xəbər verir ki, Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko Prezident Volodimir Zelenskini təcili şəkildə ölkəyə qayıtmağa səsləyib. Deputat bildirib ki, dövlət strukturlarında aşkar edilən korrupsiya faktları fonunda Zelenskini hazırda həbs təhlükəsi gözləmir.

Qonçarenko sərt açıqlama verib:

“Volodimir Oleksandroviç, sizi də yaxın vaxtlarda Umerov kimi ‘ovlayacağıq’. Ukraynaya qayıdın. Sizi hələlik həbs etməyəcəklər. Niyə isti ölkələrə qaçırsınız? Gəlin, sizə səs verən insanlarla danışın və ‘Karlson’ haqqında məlumat verin”, – deyə o bildirib.

Qeyd edək ki, “Karlson” istintaq materiallarında korrupsiya sxemi ilə adı hallanan iş adamı Timur Mindiçə verilən kod adıdır.

Zelenski hazırda xarici səfərdədir. O, Yunanıstan və Fransadan sonra İspaniyaya gedib və sabah Türkiyəyə səfər etməyi planlaşdırır. Prezidentin ölkəyə nə vaxt qayıdacağı hələ məlum deyil.

Bildirilir ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Rüstəm Umerov da artıq bir həftədən çoxdur ölkədən kənardadır və onun adı korrupsiya işi ilə əlaqələndirilir. Bu çərçivədə bir sıra yüksək vəzifəli şəxslərin istefası da gerçəkləşib.

Избранный
48
bakuinfo.net

1Источники