RU

Sabunçuda mağazada baytarlıq ekspertizasından keçməmiş ət aşkarlanıb

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 18 noyabr, AZƏRTAC

Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Şuşa şəhərciyi, Dördyol adlanan ünvanda fəaliyyət göstərən fiziki şəxs Əbülfət Qarakişi oğlu Cəfərova məxsus “019” adlı ət satışı obyektində qanunsuz heyvan kəsiminin həyata keçirilməsi ilə bağlı sosial şəbəkədə görüntülər yayılıb.

Bununla əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Sabunçu Rayon İcra Hakimiyyəti və rayon polis idarəsinin əməkdaşları ilə birgə həmin ünvanda monitorinq keçirib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, monitorinq zamanı baytarlıq ekspertizasından keçməmiş, baytarlıq müşayiətedici sənədləri olmadan heyvan mənşəli məhsulların satışının həyata keçirildiyi müəyyən olunub.

Faktla bağlı obyekt rəhbərliyi barəsində inzibati protokol tərtib edilib, qanunsuz heyvan kəsimi məqsədilə quraşdırılan dəmir konstruksiyalar ləğv edilib. Baytarlıq ekspertizasından keçirilməmiş ətlərdən müayinələrin aparılması məqsədilə nümunələr götürülüb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
40
2
azertag.az

3Источники