Bu ilin yanvar-sentyabr aylarında nəqliyyat dəhlizlərində dəmir yolu nəqliyyatı ilə 10 555,6 min ton, avtomobil nəqliyyatı ilə 8 008,8 min ton və dəniz nəqliyyatı ilə 5 589,7 min ton yük daşınıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, Şərq-Qərb nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcmi 12 615,0 min ton, o cümlədən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə 6 117,1 min ton, Şimal-Cənub nəqliyyat dəhlizi ilə 6 719,7 min ton, Şimal-Qərb nəqliyyat dəhlizi ilə 4 416,7 min ton, Cənub-Qərb nəqliyyat dəhlizi ilə 402,7 min ton təşkil edib.
Dəmir yolu nəqliyyatı ilə daşınan yüklərin 46 faizini, avtomobil nəqliyyatı ilə daşınmış yüklərin 41,9 faizini, dəniz nəqliyyatı ilə daşınan yüklərin 94,7 faizini tranzit yüklər təşkil edib.