RU

Ağdamın Xıdırlı kəndinə növbəti köç

Modern.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ağdam rayonunun Xıdırlı kəndinə növbəti köç olub.

Modern.az xəbər verir ki, noyabrın 18-də yola salınan köç karvanı Xıdırlı kəndinə çatıb. Bu mərhələdə Xıdırlı kəndinə 15 ailə - 57 nəfər köçürülüb. Sakinlərə evlərin açarları təqdim edilib.

Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
87
16
modern.az

10Источники