RU

Azərbaycan millisi Monteneqroya məğlub oldu

BAKI, 18 noyabr. TELEQRAF

15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası UEFA İnkişaf Turnirində bu gün ilk oyuna çıxıb.

Teleqraf xəbər verir ki, millimiz Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Kişineuda yerləşən Moldova Futbol Federasiyasının Texniki Mərkəzində keçirilən görüş Monteneqro seçməsinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, U-15 turnirdə ikinci matçını noyabrın 20-də Bolqarıstan yığmasına qarşı keçirəcək.

Избранный
10
2
teleqraf.com

3Источники