Ağdam rayonunun Xıdırlı kəndinə növbəti köç olub.
APA-nın Qarabağ bürosu xəbər verir ki, noyabrın 18-də yola salınan köç karvanı Xıdırlı kəndinə çatıb. Bu mərhələdə Xıdırlı kəndinə 219 nəfər - 50 köçürülüb. Sakinlərə evlərin açarları təqdim edilib.
Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.