RU

Uitkoff Türkiyədə Zelenski ilə danışıqlarda iştirak edəcək

ABŞ prezidentinin sülhməramlı missiyalar üzrə xüsusi elçisi Stiven Uitkoff noyabrın 19-da Türkiyəyə səfər etmək və Volodimir Zelenski ilə planlaşdırılan danışıqlarda iştirak etmək niyyətindədir.

Moderator.az xəbər verir ki, "Reuters" agentliyi türk mənbəsinə istinadən belə bir iddia ilə çıxış edib.

Qeyd edək ki, daha əvvəl Zelenski Ukrayna münaqişəsinin tənzimlənməsi ilə bağlı danışıqları aktivləşdirmək üçün noyabrın 19-da Türkiyəyə səfər edəcəyini açıqlayıb. Onun sözlərinə görə, nümayəndə heyəti tərəfdaşlara üzərində işlənmiş həll yolları təqdim edəcək. O, eləcə də əsirlərin mübadiləsi və qaytarılmasının bərpa edilməsini istədiklərini də bildirib. Zelenski Türkiyədə kiminlə danışıqlar aparmaq niyyətində olduğu və hazırlanan məlumatların məzmunu ilə bağlı dəqiq məlumat verməyib.

Избранный
59
moderator.az

1Источники