RU

Dabaq yayılandan əhali ağartı məhsullarından gen gəzir - “Müştəriləri qaytarmaq üçün zamana ehtiyac var”

“Kİçik biznes sahibkarlarının və fermerlərin ən ağır tənəzzül vaxtı artıq geridə qalıb. Dabaq xəstəliyinin inkubasiya dövrü 7-10 gün çəkir. Həmin dövrdə heyvanın qida qəbulu çətinləşir, süd verməsi sıradan çıxır. Ona görə də inkubasiya dövründə kənd təsərrüfatı məhsulları daha qıt idi”.

Bu sözləri “Yeni Sabah”a iqtisadçı Akif Nəsirli deyib.

Onun sözlərinə görə, bölgələrdə dabaq xəstəliyi ilə bağlı elan olunmuş karantin rejimi xəstəliyin yayılma zəncirini sındırıb:

"Yayılan infeksiya epizodik prosesdir. 15-20 gün müddətinə keçib gedir. Təbii ki, bərpa olunma dövrü də müəyyən vaxt alacaq. Dabağa yoluxan heyvanların yenidən sağalması üçün azı 1-2 ay vaxt lazım olur. Həmin müddətdə heyvandarlıq məhsulları bir qədər qıt olacaq”.

Ekspert vurğulayıb ki, məhsulun azalması ilə yanaşı, əhali arasında da ət və ağartı məhsullarına ehtiyatla yanaşma var:

“Üstəgəl, psixoloji təsir nəticəsində ciddi müştəri itkiləri mövcuddur. Cəmiyyətdə müəyyən təlaş atmosferi müşahidə olunur. Artıq qırmızı ət deyil, ağ ətə meyillənmənin şahidinə çevrilmişik. Bu da iqtisadiyyatın heyvandarlıq məhsulları hazırlayan və satan seqment üçün itkisidir. Müştəriləri geri qaytarmaq üçün müəyyən zamana ehtiyac yaranacaq”.

Nazim Hacıyev


Telegram kanalımız
Избранный
71
1
yenisabah.az

2Источники