
ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiven Uitkoff sabah, noyabrın 19-da Türkiyəyə səfər edəcək və orada Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək.
Missiya.Az türk mediasına istinadən xəbər verir ki, görüş zamanı müharibəyə son qoymaq üçün danışıqların intensivləşdirilməsi və əlavə yardım məsələləri müzakirə olunacaq.
Qeyd edək ki, Zelenski əlavə yardım üçün İspaniyada da görüşlərin planlaşdırıldığını açıqlayıb.
Seyranə QuliyevaMissiya.Az