ABŞ Dövlət Departamentinin Baş müşaviri Conatan Askonas Gürcüstana səfər edib.
KONKRET.az xəbər verir ki, bu barədə ABŞ-nın Gürcüstandakı səfirliyi məlumat yayıb.
“Bu gün səhər Askonas əsasən ABŞ-nın dəstəyi ilə inşa və təchiz edilmiş Sadaxlı gömrük-keçid məntəqəsinə baş çəkib. O, səfər çərçivəsində Gürcüstan Xarici İşlər Nazirliyi və hökuməti nümayəndələri, həmçinin beynəlxalq maliyyə təşkilatlarının təmsilçiləri ilə də görüşəcək”, – məlumatda deyilir.
Askonasın səfəri Gürcüstanın “Tramp marşrutu”nu necə dəstəkləyə biləcəyini müzakirə etmək məqsədi daşıyır.