RU

Fariz İsmayılzadə: ABŞ-ın Xəzər regionuna artan marağını müşahidə edirik

Bakı, 18 noyabr, AZƏRTAC

ABŞ-ın Xəzər regionuna artan marağını müşahidə edirik. Vaşinqton sənədlərinin imzalanması həmin ABŞ-ın artan marağının çox mühüm bir mərhələsi oldu.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin deputatı Fariz İsmayılzadə noyabrın 18-də Bakıda keçirilən Azərbaycan-ABŞ beyin mərkəzlərinin birinci Forumunda çıxışı zamanı deyib.

O, həmçinin bildirib: “Artıq ikitərəfli dialoqda dinamika var. Azərbaycanın iqtisadiyyatın digər sahələrinə, o cümlədən bərpaolunan enerji, nəqliyyat-logistika, texnologiyalar sahələrinə sərmayə, yeni gəlir gətirə biləcək istiqamətlərə diqqət yetirir. Düşünürəm ki, burada ABŞ-ın rolu çox vacib ola bilər. Burada ABŞ texnologiyasını, texnologiyaların transferini, investisiyaları nəzərdə tuturam. Ölkəmiz ABŞ-Azərbaycan münasibətlərinin bu yeni səhifəsinə iqtisadi və texnoloji inkişaf prizmasından baxır. Buraya, həmçinin süni intellekt də daxildir. Bu sahədə Azərbaycanın elə də böyük təcrübəsi yoxdur və biz ABŞ-dan öyrənə bilərik”.

Избранный
33
1
azertag.az

4Источники