RU

Azərbaycan ABŞ ilə strateji tərəfdaşlığın yeni mərhələsinə qədəm qoyur - Fariz İsmayılzadə

Bakı. Trend:

Azərbaycan bu gün ABŞ-nin və beynəlxalq ictimaiyyətin mühümstrateji tərəfdaşına çevrilərək iqtisadi, texnoloji və siyasiəməkdaşlığı genişləndirir, eləcə də regionda öz suverenliyini vətəsirini gücləndirir.

Trend xəbər verirki, bunu bu gün ADA Universitetinin prorektoru, Milli Məclisindeputatı Fariz İsmayılzadə Bakıda keçirilən Azərbaycan-ABŞ beyinmərkəzlərinin 1-ci forumunda çıxışında deyib.

O qeyd edib ki, ABŞ ilə münasibətlərin fəallaşmasının yenimərhələsi müşahidə olunur və bu, son zamanlar artan səfərlərdə vəiqtisadiyyatın müxtəlif sektorlarında ikitərəfli dialoqungenişlənməsində özünü göstərir.

“Bu gün biz ABŞ-nin Azərbaycana artan marağını və əməkdaşlığıntexnologiyalar, investisiyalar və yeni iqtisadi sahələrin inkişafıda daxil olmaqla müxtəlif istiqamətlərdə dinamik şəkildəirəlilədiyini görürük”, – deyə o vurğulayıb.

Prorektorun sözlərinə görə, ölkə tarixinin mühüm bir mərhələsinəqədəm qoyur: neft gəlirləri artıq inkişafın əsas mənbəyi olmaqdançıxır və diqqət iqtisadiyyatın modernləşdirilməsi,texnologiyaların, logistikanın və innovativ sahələrin inkişafınayönəlir. Aktiv xarici siyasət və beynəlxalq platformalarda iştirakisə Azərbaycanın müstəqilliyini, regional liderliyini və ABŞ dədaxil olmaqla qlobal tərəfdaşlar üçün əhəmiyyətini gücləndirməyəimkan verir.

F.İsmayılzadə yaxın vaxtlarda imzalanmış sənədlərin vəikitərəfli təmasların fəallaşmasının ölkələr arasındamünasibətlərdə yeni bir səhifə açacağına və regionda sülhün vəsabitliyin möhkəmləndirilməsi üçün imkanlar yaradacağına əminlikifadə edib.

Məqalədə:
Избранный
104
az.trend.az

1Источники