RU

Azərbaycan diplomatiyasının formalaşmasında Amerika beyin mərkəzləri ilə birgə iş təcrübəsi mühüm rol oynayıb - Hafiz Paşayev

Bakı. Trend:

ABŞ-nin aparıcı beyin mərkəzləri ilə əməkdaşlıq təcrübəsiAzərbaycanın diplomatik məktəbinin formalaşmasında və Bakı iləVaşinqton arasındakı ikitərəfli münasibətlərin inkişafında mühümrol oynayıb.

Trend xəbər verirki, bunu bu gün ADA Universitetinin rektoru, Azərbaycanın ABŞ-dəkikeçmiş səfiri Hafiz Paşayev Bakıda keçirilən Azərbaycan-ABŞ BeyinMərkəzlərinin 1-ci Forumunda çıxışında deyib.

Hafiz Paşayev qeyd edib ki, Vaşinqtonda diplomatik fəaliyyətininilk illəri onun peşəkar formalaşmasına həlledici təsir göstərib. Ovurğulayıb ki, “K Street”də yerləşən Strateji və BeynəlxalqAraşdırmalar Mərkəzi (CSIS) kimi ABŞ beyin mərkəzlərinin işini özüüçün “həqiqi universitet” hesab edib.

“Bu, mənim üçün real diplomatiya məktəbi idi. Bacardığım qədərçox tədbirlərdə iştirak etməyə çalışırdım, belə ki, həmininstitutlarda müzakirələr aparılırdı, o müzakirələrdən çox şeyöyrənmək mümkün idi”, – deyə o bildirib.

ADA Universitetinin rektoru həmçinin xatırladıb ki, 1990-cıillərin əvvəlində Azərbaycan diplomatiyasının əsas vəzifələrindənbiri ABŞ ictimaiyyətinə ölkə barədə obyektiv məlumatları çatdırmaqidi. Onun sözlərinə görə, səfirliyin fəaliyyəti və “ABŞ-Azərbaycan”Ticarət-Sənaye Palatasının yaradılması bu işin mühüm hissəsinitəşkil edib.

Hafiz Paşayev gənc Azərbaycan diplomatlarının hazırlanmasındaAmerika beyin mərkəzlərinin rolunu xüsusi vurğulayaraq qeyd edibki, onların tədbirlərində iştirak ABŞ-nin spesifikasını vəVaşinqtonda qərar qəbuletmə prosesinin xüsusiyyətlərini daha yaxşıanlamağa imkan verirdi.

Mərkəzi Asiya ilə əməkdaşlıqdan danışan Hafiz Paşayev bildiribki, region ölkələrinin aktiv qarşılıqlı fəaliyyəti ilə bağlıideyalar artıq uzun illərdir təşviq olunur. O xatırladıb ki, hələ1996-cı ildə professor Fred Starrın dəvəti ilə Mərkəzi Asiyaİnstitutunun yaradılmasına həsr olunmuş tədbirdə çıxış edib vəinstitutun adına Qafqazın da əlavə olunmasını təklif edib - bufikir dəstəklənib.

“Bu gün Mərkəzi Asiya dövlətləri ilə Azərbaycanı birləşdirənC5+1 formatı həmin yanaşmaların aktuallığını göstərir və regionaləməkdaşlıq üçün yeni imkanlar açır”, – deyə H.Paşayevvurğulayıb.

Məqalədə:
Избранный
86
6
az.trend.az

7Источники