RU

İranda inqilabın anonsu verildi: Son günlərini yaşayırlar

BAKI, 18 noyabr. TELEQRAF

“Məncə, İran hakimiyyətində rejimin süquta doğru getdiyini anlayan insanlar var”.

Teleqraf xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş əməkdaşı Norman Roul deyib.

“Onlar istisna etmirlər ki, İran rejimi də Sovet İttifaqı kimi son günlərini yaşayır. Həmçinin düşünürlər ki, hazırkı lider (Əli Xamenei) öldükdən sonra rejim onunla birlikdə məzara girməməlidir”, - o bildirib.

Roulun fikrincə, İranda 1980-ci illərin sonundakı SSRİ-yə bənzər bir durum yaranıb: “Kim 1988-ci ildə böyük sovet inqilabının gələcəyinə inanırdı? Bu rejim də daxildən çürüyür. Bu çürümə qaçılmazdır”.

Bununla belə, o, xarici güclərin İranda əsaslı dəyişiklik yarada biləcəyinə şübhə edir:

“Hesab etmirəm ki, hansısa xarici ölkə bütün bu sistemi dəyişdirə bilər. Amma ABŞ kimi bir ölkə İran xalqına öz gələcəkləri naminə bu sistemi içəridən dəyişmək üçün lazımi bütün dəstəyi verməlidir”.

Избранный
45
1
teleqraf.com

2Источники