Bakı.Trend:
İtaliyanın Auqusta limanında Azərbaycanın "Azeri Light" markalıneftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə0,01 ABŞ dolları və ya 0,01% azalaraq, 67,93 dollar təşkiledib.
Bu barədə Trend-ə neft bazarındakı mənbə məlumat verib.
Bildirilib ki, Türkiyənin Ceyhan limanında FOB bazasında “AzeriLight” markalı neftin bir barelinin qiyməti 0,07 dollar və ya 0,1%ucuzlaşaraq 65,72 dollar təşkil edib.
"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici iləmüqayisədə 0,05 dollar və ya 0,1% azalaraq, 52,13 dollar/bareləbərabər olub.
Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin birbarelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,03 dollar vəya 0,05% azalaraq 63,66 dollar/barel təşkil edib.
Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftinorta qiyməti 70 ABŞ dollarından hesablanıb.