RU

Samir: İndiki musiqilərdə ruh yoxdur

Yenisabah saytından alınan məlumata görə, ain.az bildirir.

Samir Bağırov müasir mahnıları bəyənmir.

"Yeni Sabah" xəbər verir ki, ifaçı "Öz aramızda" verilişində onları "ruhsuz" adlandırıb:

"İndi əsas məqsəd marketinq xətrinə mahnı ifa etməkdir. Əsas ifa yox, gəlirdir. Müğənni mahnı ilə yaşamalıdır. İndi belə bir şey yoxdur. Ona görə də bu musiqi yaşamayacaq.

20 il əvvəl oxunanan mahnılar hələ də dillərdədir. İndi yadda qalan ifa yoxdur. Mənə elə gəlir ki, ortaq yolu tapılmalıdır. Texnologiya və mahnıdakı ruhu birləşdirməklə. Hansı işə ürək qoysan, yaxşı alınır. Mahnı da elədir".

Qeyd edək ki, illərdir efirlərdən uzaq qalan Samir Bağırov bir müddətdir ki, səhnəyə qayıdıb.

Aydan Hacı 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
39
1
yenisabah.az

2Источники