RU

Almaniya qrupdakı əsas rəqibinə böyük hesabla qalib gələrək DÇ 2026 ya vəsiqəni təmin edib VİDEO

Idman.biz portalından verilən məlumata görə, ain.az xəbər yayır.

DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Almaniya Slovakiyanı qəbul edib.

İdman.Biz bildirir ki, Bundestim bu oyunu 6:0 hesabı ilə qazanıb.

18-ci dəqiqədə hesabı Nik Voltemade açıb, 29-cu dəqiqədə Serj Qnabri komandanın üstünlüyünü ikiqat artırıb. 36-cı dəqiqədə Leroy Sane Bundestimin üçüncü qolunu vurub. 41-ci dəqiqədə Qnabri daha bir qol vurub. 67-ci dəqiqədə Ridl Baku fərqlənib. 79-cu dəqiqədə Assan Uedraoqo oyunun sonuncu qoluna imza atıb.

Almaniya 15 xalla A qrupunda birinci yeri tutub və birbaşa dünya çempionatına vəsiqə qazanıb. Slovakiya 12 xalla ikinci yeri tutub və DÇ-2026-nın pley-off mərhələsində oynayacaq.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
63
23
icma.az

10Источники