RU

Kriptobazar ÇÖKDÜ – Bitcoin 91 min dollara DÜŞDÜ

Bitcoin 91 min dollara düşdü, TON isə bir ildə dəyərinin 63 faizini itirdi.

İnterpress.az xəbər verir ki, Bitcoin-in sürətli çökməsi bazarı silkələyib.

Kriptovalyuta bazarında kəskin eniş müşahidə olunur. Qısa zaman ərzində Bitcoin-in qiyməti 91 min dollara (təxminən 154 700 manat) qədər geriləyib. Cəmi 4 saat ərzində bazarda 240 milyon dollar, son 24 saatda isə 800 milyon dollardan çox likvidasiya qeydə alınıb.

Ethereum-un qiyməti 3000 dollardan aşağı enib. TON isə 1,75 dollar səviyyəsinə düşüb — bu, 2023-cü ilin sentyabrından bəri ən aşağı göstəricidir. Son bir il ərzində TON dəyərinin 63 faizindən çoxunu itirib.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
67
13
interpress.az

10Источники