RU

Nigeriyada silahlılar 25 məktəbli qızı oğurlayıblar

Qahirə, 18 noyabr, AZƏRTAC

Nigeriyanın şimal qərbindəki Maqa vilayətində yerləşən internat məktəbinə silahlı hücum nəticəsində işçilərdən biri öldürülüb, digəri isə yaralanıb.

AZƏRTAC yerli mənbələrə istinadla xəbər verir ki, silahlılar 25 məktəbli qızı oğurlayaraq naməlum istiqamətə aparıblar.

Yerli polisin sözçüsü Kotarkuşi bildirib ki, hücum edənlər müasir silahlardan istifadə ediblər. Hazırda qızların axtarışları davam edir.

Qeyd olunur ki, bu hadisə son 11 ildən məktəbə ilk hücumdur. Borno vilayətindəki bir məktəbə sonuncu hücum 2014-cü ildə Boko-Haram terrorçu qruplaşmasının üzvləri tərəfindən edilmişdi. Həmin hücumda 276 tələbə oğurlanmışdı.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Избранный
35
4
azertag.az

7Источники