RU

Rusiyanın yüksək vəzifəli rəsmisinə sui-qəsd planı – hədəf Şoyqu imiş

Musavat.com xəbər verir ki, Rusiya mətbuatında son günlər ortaya çıxan diversiya hücumu cəhdi ilə bağlı yeni detallara aydınlıq gəlib.

Araşdırmalara görə, sui-qəsdin hədəfi adının açıqlanmadığı yüksək çinli rəsmi şəxs yox, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu olub.

Bir müddət əvvəl Rusiya hüquq-mühafizə orqanları diversiya qrupunun ifşa edildiyini açıqlamışdı. Qrupun məqsədi yüksək rütbəli rəsmiyə qarşı terror aktı həyata keçirmək idi. İndi isə “Moskovskiy komsomolets” yazır ki, planlaşdırılan hücum məhz Şoyquya qarşı hazırlanıb.

Hadisə ilə bağlı istintaq davam edir və rəsmi qurumlar əlavə məlumat verməkdən imtina edir. 

 

Musavat.com

Избранный
295
17
musavat.com

10Источники