RU

Rusiya nefti 36 dollara düşdü Dəniz neft ixracının təxminən üçdə biri “ilişib” qalıb

Azpolitika.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Rusiyanın Qara dənizdəki Novorossiysk limanında “Urals” markalı neftin bir barrelinin qiyməti 36 dollara qədər azalıb.

“Bloomberg” agentliyinin məlumatına görə, eyni tendensiya Baltik dənizi limanlarında da müşahidə olunub.

Ekspertlərə görə, “Urals” üzrə endirimlər Brent markalı neftə nisbətən 23,52 dollar/barrelə qədər artaraq 2023-cü ildən bəri ən yüksək səviyyəyə çatıb. Qeyd edək ki, rekord endirim 2023-cü ilin əvvəlində 40 dollar/barrel səviyyəsində müəyyən edilmişdi.

Tramp administrasiyasının ikinci dərəcəli sanksiyaları riski fonunda alıcılar Rusiya neftinin idxalını azaldır, bu isə öz növbəsində qiymətlərə əlavə təzyiq göstərir.

Nəticədə, satılmamış həcmlər Rusiya terminallarında toplanır və üzən anbara çevrilən tankerlərdə qalır. “JPMorgan” hesab edir ki, Rusiyanın dəniz neft ixracının təxminən üçdə biri – gündəlik 1,4 milyon barrel neft hazırda dənizdə “ilişib” qalıb.

Oktyabrın 23-də Rusiya Prezidenti Vladimir Putin ABŞ-nin “Rosneft” və “Lukoyl”a qarşı yeni sanksiyalarını şərh edərkən bildirib ki, dünya bazarında Rusiya neftinin həcminin kəskin azalması qiymətlərin daha da artmasına səbəb olacaq.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
83
15
azpolitika.info

10Источники