RU

Xatirə Şuşadakı tədbirə niyə dəvət edilməyib? RƏSMİ CAVAB

ain.az bildirir, GlobalInfo portalına istinadən.

Müğənni Xatirə İslam Şuşa və Xankəndidəki tədbirlərə dəvət olunmadığına görə Mədəniyyət Nazirliyini günahlandırıb. Paralel olaraq, digər sənət, ədəbiyyat nümayəndələri də oxşar fikirlər səsləndirirlər. Bildirilir ki, sözügedən tədbirlərə hər il eyni adamlar gedir, bir qrup isə kənarda qalır.

Səbəb nədir? Bu tədbirlərdə iştirak edənlər hansı meyarlar əsasında seçilir?

Globalinfo.az məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə sorğu ünvanlayıb.

Qurum məlumatın həqiqətə uyğun olmadığını bildirib.

“Son bir il ərzində Xatirə İslam 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Xankəndi şəhər günü çərçivəsində keçirilən rəsmi tədbirlərə Mədəniyyət Nazirliyi tərəfindən iki dəfə dəvət olunub. O, hər iki halda şəxsi səbəblər göstərərək iştirakdan imtina edib”.

Nazirlik qeyd edib ki, mədəniyyət və dövlət əhəmiyyətli tədbirlərinə dəvət olunan şəxslərin iştirak qərarı onların öz səlahiyyətidir:

“Lakin sonradan bu dəvətlərin guya verilməməsi barədə səsləndirilən iddialar əsassızdır və faktların təhrifinə yönəlmiş addım kimi qiymətləndirilir. İctimaiyyətə yanlış məlumat ötürülməsi, faktların manipulyasiyası və reputasiyaya yönəlmiş cəhdlər qəbuledilməzdir”.

Zaira Akifqızı

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
176
2
globalinfo.az

5Источники