RU

Bu il intizamsızlığa görə 17 sürücü işdən azad edilib - RƏSMİ AÇIQLAMA

Bakı.Trend:

Hazırda “BakuBus” MMC-də 3 047 nəfər sürücü fəaliyyətgöstərir.

Bu barədə Trend-in sorğusuna cavab olaraq “Bakubus” MMC-dənməlumat verilib.

Bildirilib ki, cari ilin bu gününədək, intizam tələblərinəriayət etməyən hallara görə, əmək qanunvericiliyinə uyğun olaraq 17sürücü işdən azad edilib, 125 sürücü isə yazılı və şifahixəbərdarlıq alıb.

“Qeyd edirik ki, sürücülərin işə qəbul zamanı keçiriləntəlimlərinin bir hissəsi sərnişinlə ünsiyyət və davranışqaydalarının təlim proqramına daxil edilir. Bundan əlavə, bütünsürücülərlə sərnişinlərlə münasibətlərə dair mütəmadi söhbətləraparılır”.

Qurumdan vurğulanıb ki, 3 047 nəfərlik sürücü heyətinin hərbirinin məsuliyyətli və peşəkar xidmət göstərməsi əsasprioritetdir:

“Bu səbəbdən, sərnişinlərlə münasibətdə pozuntu hallarıaşkarlandıqda, intizam prosedurları çərçivəsində müvafiq tədbirlərhəyata keçirilir”,- məlumatda əlavə edilib.

Məqalədə:
Избранный
351
27
az.trend.az

10Источники