RU

UFC çempionu olan dağıstanlı döyüşçü milyonlar qazanıb

BAKI, 17 noyabr. TELEQRAF

"Sporty Salaries" saytı ötən həftə sonu ABŞ-nin Nyu-York şəhərində keçirilən UFC 322-nin turnirinin mükafatlarını dərc edib.

Teleqraf xəbər verir ki, yarışın əsas döyüşündə avstraliyalı Cek Della Maddalenanı hakimlərin yekdil qərarı ilə məğlub edən dağıstanlı İslam Mahaçev ümumilkdə 3,332 milyon dollar qazanc əldə edib.

34 yaşlı idmançı çıxışından 800 min dollar, sponsorluq müqavilələrindən 32 min dollar, ödənişli yayımlardan isə 2,5 milyon dollar qazanıb.

Onun rəqibi Cek Della Maddalena 1,992 milyon dollar (çıxışından 750 min, sponsorlardan 42 min və ödənişli yayımlardan 1,2 milyon dollar) qazanıb.

Qeyd edək ki, İslam Mahaçev Cek Della Maddalenanı məğlub edərək UFC-nin yarım orta çəki dərəcəsinin kəmər sahibi olub.

Избранный
23
teleqraf.com

1Источники