RU

Hacıqabul gölünün yox olması problemlərə yol açacaq… KONKRET

ain.az, Konkret.az portalına istinadən məlumat verir.

Bir zamanlar köçəri quşların, ovçuların və turistlərin ən çox üz tutduğu Hacıqabul gölü demək olar ki, tamamilə quruyub. Maraqlıdır, Gölün tamamilə yox olması bölgədə mikroiqlimə hansı konkret dəyişikliklər gətirə bilər?

Hava və iqlim məsələləri üzrə ekspert Cavid Hüseynov KONKRET.az-a açıqlamasında bildirib ki, Hacıqabul gölü Kür çayının vaxtaşırı daşması və Xəzər dənizinin çəkilmələri nəticəsində yaranmışdır.

“Qidalanma mənbəyi Kür çayının qədim yatağı ilə axan Qarasu və Kür çayıdır. Şirvan İES-in ilıq suları da bu gölə axıdılır.

Hacıqabul gölü vaxtilə, köçəri quşların miqrasiyası dövründə onların müvəqqəti istirahəti və bataqlıqda yaşayan su quşlarının, o cümlədən, nəsli kəsilməkdə olan növlərin yuva qurmaları üçün çox əlverişli şəraitə malik olub”.

Ekspert qeyd edib ki, Hacıqabul gölünün tamamilə quruması bölgənin mikroiqliminə və ekosisteminə öz mənfi təsirlərini göstərə bilər.

“Belə ki, gölün tamamilə quruması ilə havanın temperatur, yağıntı və rütubət rejimlərində müəyyən dəyişikliklər müşahidə ediləcək (havanın temperaturu və sutkalıq temperatur amplitudası artacaq, buxarlanmanın azalması səbəbindən rütubət və yağıntıların miqdarı azalacaq və s.), həmçinin, yaranacaq bu dəyişikliklərdən flora və fauna növləri yaşayış arellarını dəyişmə məcburiyyətində qalacaq, ciddi uyğunlaşma riskləri ilə qarşılaşacaq və bəzi növlər isə tamamilə məhv olacaq”.

Aynurə İsmayıl

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
36
6
konkret.az

7Источники