RU

Əhmədli sakinləri “kupça” ala bilmir KONKRET

Konkret.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı şəhərinin Xətai rayonunun Əhmədli qəsəbəsinin Lütfizadə küçəsində yerləşən yeni binalarda yaşayan bir qrup sakin uzun müddətdir ki, mənzillərinə “kupça” – yəni çıxarış ala bilmədiklərindən şikayətçidirlər.

KONKRET.az xəbər verir ki, sakinlər Musavat.com-a bildiriblər ki, artıq 3-4 ildir mənzilləri alsalar da, hələ də çıxarış verilməyib.

Onların sözlərinə görə, bütün sənədlər qaydasında olsa da, Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) məsələni uzadır:

“Bizim evlər kreditdə deyil, borcumuz yoxdur. Mənzili aldığımız şəxslər sənədləri imzalayıb, hər şey qanunidir. Sadəcə, çıxarış verilmir. Komitəyə müraciət edirik, deyirlər, “araşdırma gedir”. Halbuki qanuna görə, araşdırma ən çoxu bir ay ərzində başa çatmalıdır. Artıq aylar keçir, amma nəticə yoxdur”, – deyə sakinlər bildiriblər.

Onların sözlərinə görə, vəziyyət artıq dözülməz hal alıb:

“Öz evimizi adımıza keçirə bilmirik, bu isə gələcəkdə alqı-satqı və ya ipoteka məsələlərində problem yaradır”.

Əmlak məsələləri üzrə ekspert Elnur Azadov Musavat.com-a açıqlamasında bildirib ki, belə hallarda komitənin vəzifəsi prosesi uzatmamaqdır:

“Əgər binanın istismara qəbul aktı varsa, komitə çıxarışı verməlidir. Məhkəmə tərəfindən binaya məhdudiyyət qoyulmayıbsa, vətəndaşın hüququ açıqdır.

Hətta ümumi məhdudiyyət olsa belə, bu, ayrı-ayrı mənzil sahiblərinə şamil edilmir. Əgər sistemdə alqı-satqı mümkündürsə, o mənzil qanunidir”.

Ekspertin sözlərinə görə, çıxarışın verilməməsi ya idarəetmə səhlənkarlığı, ya da bürokratik laqeydliklə bağlı ola bilər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
49
6
konkret.az

8Источники