RU

Bu nömrələrdən edilən zənglər təhlükəlidir? - AÇIQLAMA (FOTO)

Bakı.Trend:

Azərbaycanda son günlər ərzində sosial şəbəkələrdə “9990” və“7770” nömrələrindən gələn zənglərlə bağlı çağırış xarakterliməlumatlar, eləcə də həmin zəngləri cavablandıran şəxslərinməlumatlarının oğurlandığı barədə iddialar yayılıb. Belə zənglərhansı təhlükələrə səbəb ola bilər?

Mövzu ilə bağlı Trend-ə açıqlamasında İT üzrə mütəxəssis Bəhruz Əliyevbildirib ki, bu tipli qısa nömrələrdən gələn zənglər real operatorvə banklara aid olmur.

“Bu, zəng edilən nömrələrin saxtalaşdırılması kimi adlanantexnika ilə edilir. Belə zənglər İP və internet üzərindən işləyənsaxta telefon sistemləri vasitəsilə həyata keçirilir. Dələduzlarinternetdə ucuz qiymətə telefon xidməti alırlar və bundan sonraistədikləri nömrəni sizin ekranınızda göstərmək imkanlarıolur”.

B.Əliyev qeyd edib ki, bu tipli zənglər əsasən xarici ölkələrdənedilir.

Həmin zənglərin məqsədi müxtəlif olur. Bank hesablarını ələkeçirmək, sosial media hesablarının oğurlamaq, şəxsin haqqındaməlumat toplamaq kimi məqsədlər üçün edilir. Lakin belə cəhdlərbirbaşa nömrəylə əlaqə saxlayaraq reallaşmır. Növbəti mərhələdəonlardan bizə sms kod gələ bilər ki, bununla yanlışistiqamətlənərək maddi, mənəvi zərərə uğraya bilərik.

Mütəxəssisin fikrincə, bu cür nömrələrdən gələn zəngincavablanması ilk cəddə hərhansı risk doğurmur:

"Zəng edənlər ilk olaraq nömrənin aktiv olub-olmadığınıyoxlayırlar. Bundan sonra nömrəmizə “fishing” məqəsədli zənglər,mesajlar, linklər gələ bilər. Bu tipli nömrələrə cavab verməməktövsiyə edilir. Belə zənglər gəldikdə mobil operatora məlumatverilməlidir ki, müvafiq tədbir görülsün”.

B.Əliyev vurğulayıb ki, telefonlarda əməliyyat sistemlərinidaimi olaraq yeniləyib ən son versiyanı aktivləşdirməklazımdır.

“Banklar və dövlət qurumlarının hansısa zənglə bizdən məlumatöyrənməyə ehtiyacının olmadığını unutmamalıyıq”,-deyə o, əlavəedib.

Qeyd edək ki, DİN hazırda “9990” və “7770” nömrələrindən gələnzənglərlə bağlı iddiaları araşdırır.

Qurumdan açıqlanıb ki, ilkin araşdırmalar zamanı bank kartlarınamüdaxilə, hesablardan pul vəsaitlərinin oğurlanması və yavətəndaşların şəxsi məlumatlarının ələ keçirilməsi ilə bağlı hərhansı fakt aşkarlanmayıb.

Bu
Bu
Məqalədə:
Избранный
31
5
az.trend.az

6Источники