RU

Almatı sakinləri səhər partlayış səsinə oyandılar: Nə baş verib?

Bu gün səhər saatlarında Almatı şəhərinin Auezov rayonunda partlayışa bənzər səs eşidilib.

Publika.az xəbər verir ki, bu barədə hadisə şahidləri “Qumash” Telegram kanalında məlumat veriblər.

"Almatıda nəsə partlayıb, sonra elektrik kəsilib. Hadisə Sayran gölünün yaxınlığında baş verib", - məlumatda deyilir.

Şəhərin Fövqəladə Hallar Departamenti partlayışla bağlı heç bir dəlil olmadığını bildirib. Lakin onlar izah ediblər ki, elektrik yarımstansiyasında yanğın baş verib və bunun nəticəsində elektrik enerjisi kəsilib.

Избранный
23
publika.az

1Источники