Abşeron rayonunda yerləşən şirniyyat sexlərindən birində faciəvi hadisə baş verib.
Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Masazır qəsəbəsindəki şirniyyat sexində işləyən 1980-ci il təvəllüdlü qəsəbə sakini Teymur Ramiz oğlu Allahverdiyevin sağ əli aparatda qalıb.
Xəstəxanaya yerləşdirilmiş T.Allahverdiyevin əli amputasiya olunub.