Abşeron rayonunda sexdə bədbəxt hadisə baş verib.
Hadisə noyabrın 14-də Masazır qəsəbəsində yerləşən şirniyyat sexində qeydə alınıb. Orada işləyən qəsəbə sakini 1980-ci il təvəllüdlü T.Allahverdiyevin əli aparatda qalıb. Xəstəxanaya yerləşdirilmiş T.Allahverdiyevin əli amputasiya olunub.
Araşdırmalar aparılır.
APA
Tarix: 17 Noyabr 2025, 10:30