RU

Şirniyyat sexində bədbəxt hadisə -Əli aparatda qaldı

Abşeron rayonunda sexdə bədbəxt hadisə baş verib.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə Masazır qəsəbəsində yerləşən şirniyyat sexində qeydə alınıb.

Orada işləyən qəsəbə sakini 1980-ci il təvəllüdlü T.Allahverdiyevin əli aparatda qalıb.

Xəstəxanaya yerləşdirilmiş T.Allahverdiyevin əli amputasiya olunub.

Araşdırmalar aparılır.

Избранный
60
9
redaktor.az

10Источники