Norveç yığması səfərdə İtaliyanı 4:! hesabı ilə məğlub edərək DÇ-2026-ya vəsiqə qazanıb.
Offsideplus.az xəbər verir ki, onlar 28 il sonra mundialda iştirak edəcəklər. Skandinaviya ölkəsi sonuncu dəfə 1998-də, Fransada keçirilən turnirdə mübarizə aparıblar.
I qrupunda çıxış edən Norveç milli komandası 8 oyunun hamısında qələbə qazanıb. Onlar bu oyunlarda 37 qol vurub və qapısında cəmi 5 qol görüb.
Erlinq Haaland seçmə mərhələni 16 qolla başa vurub.