RU

ABŞ rus qazını Avropa bazarından tam çıxarmağa çalışır…


ABŞ administrasiyası Avropa bazarından Rusiya qazının "son molekuluna qədər" çıxarmağı hədəfləyir.

“Financial Times” qəzetinin diplomatik mənbələrə istinadən məlumatına görə, Amerika rəsmiləri son aylarda Avropanı gəzərək ABŞ-dan enerji idxalını təşviq edir və Rusiya yanacağına alternativlər təklif edən LNG müqavilələrini dəstəkləyirlər. Vaşinqton eyni kampaniyanı Asiyada da aparır.

ABŞ rəsmiləri müttəfiqlərdən Rusiya və İrandan enerji alışını tamamilə dayandırmağa tələb edir. Qeyd edilir ki, bu kampaniya “Lukoil”un xarici aktivlərini əldə etməyə çalışan “Gunvor” şitkətinin də işlərini çətinləşdirib. Bildirilir ki, Vaşinqton bu siyasətlə Rusiyanın Avropa enerji bazarında qalan təsirini aradan qaldırmağı hədəfləyir.

TAHİR

Избранный
123
baki-xeber.com

1Источники