Rusiyanın müxtəlif bölgələri üzərində gecə saatlarında ümumilikdə 57 Ukrayna PUA-sı məhv edilib.
Minval.info xəbər verir ki, məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.
Bildirilib ki, 15 noyabr saat 23:00-dan 16 noyabr 07:00-a qədər döyüş növbətçiliyində olan hava hücumundan müdafiə qüvvələri ümumilikdə 57 pilotsuz uçuş aparatını vurub. Onlardan 23-ü Samara, 17-si Volqoqrad, 5-i Saratov, 5-i Rostov, 3-ü Kursk, 3-ü Voronej, 1-i isə Bryansk vilayəti üzərində müdaxilə olunaraq məhv edilib.
Minval.info