RU

İsrail İran dronlarına qarşı belə mübarizə aparacaq

İsrail ordusu (ÇAХAL) iran istehsalı olan “kamikadze” dronlarına qarşı istifadə üçün mövcud silah arsenalında yenilik həyata keçirib.

Musavat.com xəbər verir ki, məlumata görə, hərbçilər köhnə AIM-9M Sidewinder raketlərinin özütüzələn istiqamətləmə başlıqlarını modifikasiya edərək onları kiçik, yavaş və aşağıdan uçan “Shahed-136” tipli pilotsuz uçuş aparatlarını daha effektiv aşkar edib məhv edə biləcək vəziyyətə gətiriblər.

Qeyd olunur ki, bu texniki yenilik İsrailin hava hücumundan müdafiə qabiliyyətini gücləndirməklə yanaşı, son zamanlar regionda artan dron hücumlarına qarşı daha çevik reaksiya verməsinə imkan yaradır.

Musavat.com 

Избранный
205
1
musavat.com

2Источники