RU

Tramp BBC-yə qarşı beş milyard dollar məbləğində iddia qaldıracaq

ABŞ Prezidenti Donald Tramp "Panorama" proqramında çıxışının təhrif edildiyinə görə BBC yayım korporasiyasına qarşı bir milyard dollardan beş milyard dollaradək məbləğdə iddia qaldıracağını bildirib.

Oxu.Az "Kommersant" nəşrinə istinadən xəbər verir ki, Tramp bu barədə açıqlamanı jurnalistlərə "Air Force One" təyyarəsində verib.

"Biz bunu etməliyik, onlar etiraf edirlər ki, fırıldaq işlədiblər. Onlar işlətmədiyim sözləri dəyişiblər" , - deyə o vurğulayıb. Tramp artıq gələn həftə yayım korporasiyasına qarşı iddia qaldırmağı planlaşdırdığını qeyd edib.

Xatırladaq ki, qalmaqal redaktorların Trampın keçən il "Panorama" proqramında çıxışını montaj etdikdən sonra yaranıb. Nəticədə elə təəssürat yaranıb ki, 2021-ci ildə Kapitoliyə hücum zamanı prezident iğtişaşlara və zorakılığa çağırış edib.

Noyabrın 14-də BBC ABŞ prezidentindən üzr istəyib, lakin ona kompensasiya ödəməkdən imtina edib. Eyni zamanda, qalmaqal BBC-nin baş direktoru Tim Deyvin və xəbərlər şöbəsinin rəhbəri Debora Ternessin istefası ilə nəticələnib.

"Cebheinfo.az"

Избранный
110
2
cebheinfo.az

3Источники